Yeniyetmə idmançılar üçün muzey ekskursiyası təşkil olunub.

       Bir qrup yeniyetmə və idmançının iştirakı ilə Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi idmançıların asudə vaxtının səmərəli təşkili, onların milli-mədəni irsimiz haqqında biliklərinin və dünyagörüşlərinin artırılması olub. Muzey bələdçisi tərəfindən iştirakçılara Naxçıvanın qədim və zəngin tarixi, arxeoloji tapıntılar, etnoqrafik nümunələr və müxtəlif dövrləri əhatə edən eksponatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu eksponatlar regionun minilliklərə söykənən tarixini və mədəni  inkişaf mərhələlərini əks etdirir. İdmançılar muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olub, xüsusilə  qədim məişət əşyaları və tarixi tapıntılara böyük maraq göstərilib.